Sərgidə alimin “Mənim universitetim”, “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti”, “Mollanəsrəddinçi karikatura ustası”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “XX əsrin əvvəllərində Azərbaycan yazıçıları”, “Əliqulu Qəmküsar: taleyi və sənəti”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “Ustad Məhəmmədhüseyn Şəhriyar”, “Məhəmmədağa Şahtaxtlı: taleyi və sənəti”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Əsrin dörddə biri”, “Cəlil Məmmədquluzadə. Biblioqrafiya”, “Sənətə vaqiflik”, “Ədəbiyyat və mətbuat cəbhəsində”, “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi”, “Nuhçıxandan-Naxçıvana”, “Ədəbi şəxsiyyət və zaman”, “Ədəbi - tarixi yaddaş və müasirlik”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Kəhriz sistemləri”, “İntibahın 15 ili” və başqa kitab və monoqrafiyaları nümayiş olunur. Alimin müxtəlif illərdə jurnal və toplularda dərc edilən yazıları da ziyarətçilərin ixtiyarına verilib. Sərgi oktyabr ayının sonunadək davam edəcək. ear47mtete|00009AAAD2BD|AMEANax|tblXeberler|XeberEtrafli|410BE5CB-04A9-49DF-B5F2-9461983182B0
|